Kanada Nikolay Baskov , Mixail Boyarsky, Oleq Qazmanov və digər rus ifaçılara qarşı sanksiyalar tətbiq edib .

"Unikal" xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb .

Ümumilikdə, genişləndirilmiş siyahıya 38 ad və 16 hüquqi şəxs daxildir. Kanada Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar sanksiya siyahısına “Rusiya təbliğatı ilə” bağlı olduqlarına görə daxil ediliblər.

Müğənni Polina Qaqarina , Nadejda Babkina və İrina Alleqrovaya da sanksiyalar tətbiq edilib .

Siyahılara “Rossiya Seqodnya” media qrupu, “RİA Novosti” agentliyi və “iş adamı Yevgeni Priqojinlə əlaqəli” bəzi təşkilatlar da daxildir .

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski 119 Ukrayna və Rusiya mədəniyyət xadiminə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb . Siyahıda teleaparıcı Janna Badoeva, futbolçu Anatoli Timoşçuk , reper Basta, Yevgeni Petrosyanın və başqalarının adları var.