"Cənubi Qafqazda maraqlar həmişə olub. Türkiyə və Azərbaycan əvvəlki ölkələr deyil. Hər iki ölkə regionda və dünyada böyük nüfuz sahibidirlər".

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvü Yunus Kılıç deyib.

Türkiyəli deputat bildirib ki, Qərbi Azərbaycan torpaqlarında tarixən azərbaycanlılar yaşayıbar, ermənilərin sayı isə çox az olub: "Şükürlər olsun ki, Azərbaycan Zəfəri ilə haqsızlığa son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan və Türkiyə bir-birinə əvvəlkindən daha yaxındırlar. Biz dost və qardaş olaraq hər zaman Azərbaycanın yanındayıq".

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən hücumu pisləyən türk deputat qeyd edib ki, İran hökuməti bu hadisəyə görə məsuliyyət daşıyır.