Zaqatala rayonunun Aşağı Tala kəndində evdə yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli evin 1-ci mərtəbəsində hamam otağının lambirdən ibarət tavanı 9 m² sahədə yanıb, yüksək temperaturdan plastikdən ibarət qapısı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.