Fransanın paytaxtı Paris şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin ilk günündə 60 kiloqram çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

"Unikal" xəbər verir ki, cüdoçumuz final görüşündə Fransa təmsilçisi Sedrik Revolu məğlub edib.

***19:08

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

"Unikal" xəbər verir ki, idmançımız ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) məğlub edib.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.