Türkiyədə avtobus qəzasında 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkirdən Bodruma gedən sərnişin avtobusu Afyonkarahisarın Dinar Haydarlı yaşayış məntəqəsi yaxınlığında aşıb. Qəza nəticəsində 8 sərnişin ölüb, 35 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.