Naftalanda qəza olub, 5 nəfər xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə Naftalan şəhərinin mərkəzi küçələrinin birində  qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik maşınları toqquşub. Qəza zamanı 1982-ci il təvəllüdlü Günel Mehdiyeva,1978-ci il təvəllüdlü Səməd Muradov,1946-ci il təvəllüdlü Nigar İmanova,1970-ci il təvəllüldü Gülnarə Nəsibova və 1990-ci il təvəllüdlü Minarə Nəsibova xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirlir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov