Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.

Seymur Əli