Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzaları ilə bağlı statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.