Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini Məmmədova Mətanət Nəbi qızı vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin əmri ilə, o, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edilib.

DTSERA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Məhərrəmov Rəşad Əslixan oğlu təyin edilib.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza təsdiqləyiblər.

Murad İbrahimli