Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 3 ay uzadılmasını təklif edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın saytında  məlumat dərc olunub. 

Belə ki, Zelenski ölkə parlamentinə hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin uzadılmasını nəzərdə tutan qanun layihələrini təqdim edib.

“Ukraynada hərbi vəziyyətin müddəti 19 fevral 2023-cü il saat 05:30-dan etibarən daha 90 gün uzadılsın,"-  deyə sənəddə qeyd olunub. 

Ukraynada hərbi vəziyyət 24 fevral 2022-ci ildə tətbiq edilib və bir neçə dəfə uzadılıb. Keçən dəfə uzadılma müddəti 90 gün idi. 

Gülayə Mecid