İran Rusiyanın humanitar yardımını qəbul edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İranın Şərqi Azərbaycan əyalətinin Xoy şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə çatdırılacaq humanitar yardım artıq Rusiyadan yola salınıb. 

Rusiyanın göndərdiyi yardım Ermənistan ərazisindən keçməklə İrana ötürüləcək. 

Qeyd edək ki, bundan əvvəl İran Türkiyənin yardımını rədd etmişdi. 

Ağarza Elçinoğlu