Rusiya Səhiyyə Nazirliyi müvafiq müraciətlər olarsa, zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Türkiyə və Suriyaya həkimlər göndərməyə hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə nazirin köməkçisi Aleksey Kuznetsov açıqlayıb. 

Qeyd edək ki, gecə saatlarında qeydə alınan 7.7 ballıq zəlzələ ətraf bölgələrə də təsir edib. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 

Ağarza Elçinoğlu