NATO-nun baş katibi Yens Stoltenberq fevralın 7-dən 9-dək Vaşinqtonda səfərdə olacaq.

"Unikal" xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, Stoltenberq dövlət katibi Entoni Blinken, Pentaqonun rəhbəri Lloyd Ostin, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqlar aparacaq.

İclasların gündəliyi barədə məlumat verilmir.