Məşhur amerikalı kinoaktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger Los-Ancelesdə qəza keçirib.

"Unikal" xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, velosiped sürən qadın qəfildən aktyorun avtomobilinin qarşısına çıxıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Şvartsenegger hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verib.

Gülayə  Mecid 

Arnold Schwarzenegger Involved in Bad Car Accident with Injuries