Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin saytında məlumat yer alıb.

Mitsotakis dağıdıcı zəlzələ ilə bağlı kədərləndiyini bildirib, həlak olanların yaxınlarına və Rəcəb Tayyib Ərdoğana ünvanlayıb.

O, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ölkəsinin Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu deyib.