Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman fevralın 7-8-də Ermənistanda rəsmi səfərdə olacaq.

"Unikal" xəbər verir ki, fevralın 8-də Ermənistan və Xorvatiya xarici işlər nazirlərinin görüşü Ermənistan XİN-də baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Xorvatiyanın xarici işlər nazirinin Ermənistan prezidenti, baş nazir, Milli Assambleyanın sədri, bütün ermənilərin katolikosu və digər rəsmi şəxslərlə də görüşləri olacaq.