Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə "Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.