Türkiyədə güclü zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycan qadın və qızı xilas edilib.

"Unikal" xəbər verir ki, Hatay şəhərinin Antakya rayonunda yaşayan Sevda Əliyeva və qızı Nəzrin Əlizadə uçqun altından çıxarılıb.

Hazırda onların sağlıq durumunun qaydasında olduğu bildirilir.