Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

"Unikal" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Belə ki, mobil səhra hospitalını və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyəti qardaş ölkəyə çatdıracaq təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.

Dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün nəzərdə tutulan çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqları çatdıracaq ikinci təyyarə isə yaxın saatlarda yola salınacaq.