Kahramanmaraşda baş verən zəlzələlərin ardından İstanbul başda olmaqla Türkiyənin müxtəlif şəhərlərdən axtarış xilasetmə qrupları ilə yanaşı könüllülər də zəlzələ bölgəsinə axın ediblər. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda hava limanında minlərlə könüllü terminalda uzun növbələr yaradıblar.

İstanbul valisi Əli Yerlikaya saat 00.30-a qədər İstanbuldan 6 min 718 personal və AFAD könüllülərinin 41 təyyarə ilə bölgəyə göndərildiyini açıqlayıb. Eyni zamanda İstanbul Hava Limanında gözləyən minlərlə yardım könüllüsü Adana, Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adıyaman və Diyarbəkirə getmək üçün bir-biri ilə yarışıb. Bununla da hava limanında böyük izdiham yaşanıb.