Türkiyədə baş verən zəlzələ nəticəsində aktyor Uğur Aslanın ailəsi də dağıntılar altında qalıb. 

"Unikal" xəbər verir ki, aktyor bu barədə paylaşım edərək qardaşı və onun ailəsinin artıq öldüyünü düşündüklərini vurğulayıb:

"Ailəm, xüsusilə, qardaşım, həyat yoldaşı, övladları Hataydakı zəlzələ nəticəsində təəssüf ki, dağıntılar altında qaldılar. Biz artıq onların öldüyünü hesab edirik". 

Qeyd edək ki, aktyor hazırda "Yargı" serialında "Eren" obrazını canlandırır.