Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib.   

"Unikal" xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb. 

"Hazırda dağıntılar altında 53 317 nəfər axtarış-xilasetmə əməkdaşımız və yardımçı heyətimiz çalışır və bu say xaricdən gələn əlavə qruplarla hər saat artır. Zəlzələdən sağ çıxan fəlakət qurbanlarının bütün ehtiyaclarını ödəmək üçün tədbirləri də mərhələ-mərhələ həyata keçiririk. Fəlakət qurbanlarına çatdırılmaq üçün bölgəyə 54 min çadır, 102 min çarpayı və digər materiallar göndərilib. İlk növbədə, təcili yardım və dəstək fəaliyyətləri üçün qurumlarımıza dərhal 100 milyard lirə resurs ayırdıq. Nəqliyyat və kommunikasiya xətlərinin açıq saxlanılması həyati əhəmiyyət kəsb edir.Sərt qış şəraiti ilə əlaqədar olaraq, zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları və avadanlıq və yardım materiallarının çatdırılmasında hələ də çətinliklər var. Bunun üçün bir daha xatırladıram ki, zəlzələ zonasında zərurət olmadıqca heç kim yollardan istifadə etməməlidir.

Təxliyyə və daşıma işlərində Türkiyə Silahlı Qüvvələrinin minlərlə şəxsi heyəti ilə yanaşı, donanmamızın 10 gəmisi və hava qüvvələrimizin yük təyyarələri iştirak edir.

Polisimiz və jandarmımız bütün fəlakət bölgəsində növbə çəkir. Bu tədbirlərdə mühafizəçilərimiz də fəal iştirak edirlər. Pilotsuz uçuş aparatlarımızı da istifadəyə verdik. Təəssüf ki, ölən və yaralananların sayı artır. Hazırda bizdə 3549 ölüm və 22168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib". 

 Gülayə Mecid