İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün İsmayıllı şəhərində qeydə alınıb. 2005-ci il təvəllüdlü Gözəlli Nicat Rəşad oğlu idarə etdiyi 10-MS-612 dövlət nömrə nişanlı "VAZ 21012" markalı avtomobillə hərəkətdə olarkən "Opel" markalı maşınla toqquşub. Hadisə zamanı sürücü Nicat Gözəlli ağır bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN-nin xilasediciləri tərəfindən çıxarılıb. N.Gözəlli təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov