Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qərb ölkələrinin Ukraynaya hücum silahlarının göndərilməsinin əslində NATO-nu münaqişəyə cəlb etdiyini bildirib və bu vəziyyətin gərginliyin “gözlənilməz səviyyəyə” yüksəlməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Şoyqu ölkəsinin müdafiə rəsmiləri ilə görüşündə “ABŞ və müttəfiqləri münaqişəni mümkün qədər uzatmağa çalışırlar. Bunun üçün ağır hücum silahları göndərməyə başlayıblar və açıq şəkildə Ukraynanı torpaqlarımızı ələ keçirməyə çağırırlar", - deyib.

 “Bu addımlar əslində NATO ölkələrini münaqişəyə cəlb edir ki, bu da münaqişənin gözlənilməz eskalasiyasına səbəb ola bilər. Lakin Rusiya qüvvələri Kiyevə göndərilən silahları həm gəmiçilik yollarında, həm də quruda məhv etməkdə davam edir ”, - deyə nazir əlavə edib.