Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş Mariupolun Primorye rayonunda beş güclü partlayış səsi eşidilib.

"Unikal" xəbər verir ki, bu barədə "Telegram"da Mariupol merinin müşaviri Petro Andryuşenko məlumat verib.

“Mariupolun Dəniz rayonunda ard-arda beş güclü partlayış baş verib. Liman ərazisində baş verən partlayışların haradan qaynaqlandığı barədə hələlik məlumat yoxdur", - Andryuşşenko yazıb.