Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün Tvitter səhifəsində yazıb.

"Ağdam Sənaye Parkının rezidentlərinin sayı 14-ə çatıb, belə ki, daha iki sahibkarlıq subyekti rezident statusu alıb", - məlumatda deyilir.

Nazir investisiyalarının ümumi həcmi təqribən 36 milyon manat olan layihələrin reallaşması hesabına iki müəssisədə ("Qarabağ Steel" MMC, "Thermo Natural Azerbaijan" MMC) 130-dan çox daimi iş yeri açılacaq.

Xatırladaq ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezident statusu, 3 sahibkara isə qeyri-rezident statusu verilib.