Samuxda 15 yaşlı qız intihar edib.

"Unikal"ın məlumatına görə, rayonun Tatlı kəndi sakini 2008-ci il təvəllüdlü Nərmin Allahyarova yaşadığı evdə özünü asıb. Onun meyidi yaxınları tərəfindən aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Samux rayon prokrorluğunda araşdırma aparılır.

Tural Əhmədov