Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 25 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

"Unikal" xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.