Oğuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib.

Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb.

Xəsarət alan şəxslərin kimliyi məlum olub. 
Yol qəzasında xəsarət alan şəxslər rayonun Bayan kənd sakinləri olan 1991-ci il təvəllüdlü Nurlan Tərlan oğlu Mikayılov və 1986-cı il təvəllüdlü Nazim Yaşar oğlu Həsrətovdu. N. Mikayılovun vəziyyəti ağır qiymətləndirilir. Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.