Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən maneəsiz hərəkəti təmin olunur.

"Unikal" xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat-təchizat və iki minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.