Quba rayonunun Alekseyevka kəndində yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 1 otağın yanar konstruksiyaları 15 m² sahədə və aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.