Ekoaksiya iştirakçıları martın 21-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

"Unikal" xəbər verir ki, Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus 1 yük və 5 minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.