Bu gün Kremldə Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin arasında geniş tərkibdə  keçirilən görüş başa çatıb. 

"Unikal" xəbər verir ki, görüşün yekununda Putin və Si Cinpin iki birgə sənəd imzalayıblar.

Bunlar iqtisadi əməkdaşlıq planları haqqında və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanatlardır

***16:34

Rusiya Prezidenti Vladimir Putinlə çinli həmkarı Si Cinpin arasında rəsmi görüş keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Məlumata görə, görüş Kreml sarayının Georgi zalında keçirilir, danışıqlar bağlı qapılar arxasında aparılır. 

Ağarza Elçinoğlu