NATO-nun baş katibi Çini Rusiyaya silah ötürməməyə çağırıb.

"Unikal" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında açıqlayıb. 

Baş katibin sözlərinə görə, hazırda NATO-da Rusiyanın Çindən silah alacağına dair heç bir sübut yoxdur. Lakin o, bildirib ki, alyans bu məsələnin ölkələr arasında müzakirə oluna biləcəyinə dair işarələr görüb: "Çin Rusiyaya öldürücü silahlar ötürməməlidir". 

Ağarza Elçinoğlu