Hollandiyada təhlükəsizlik və casusluq səbəbilə Çin sosial media platforması "TikTok"un hökumət rəsmilərinin istifadə etdiyi ictimai telefonlardan silinməsi tövsiyə edilib.

"Unikal" xəbər verir ki, hökumətin internet saytından verilən yazılı açıqlamada, təhlükəsizlik problemləri səbəbiylə Hollandiyada yüksək casusluq həssaslığına malik "TikTok" və bənzəri tətbiqlərin dərhal ictimai telefonlardan silinməsi tələb edildiyi bildirilib.

Qeyd edilib ki, qərar Hollandiyanın Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (AIVD) tövsiyəsi əsasında verilib.