Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub.

“Unikal” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

“Dawn” xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

23:42

Pakistanda zəlzələ sonrası fövqəladə vəziyət elan edilib.

"Unikal" xəbər verir ki, zəlzələ nəticəsində 2 nəfər ölüb, 120-dən artıq insan yaralanıb.

23:02

Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub.

"Unikal" xəbər verir ki, zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.

Pakistanın şimalındakı Svat rayonunda zəlzələnin təsiri ilə divar uçub, 13 yaşlı qız həlak olub, 34 nəfər isə yaralanıb. Əfqanıstanda dağıntıların olub-olmaması barədə məlumat verilməyib, hazırda yoxlamalar aparılır.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 ​​bal gücündə olun, Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.

21:07

Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.
Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.