Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla üçtərəfli görüşün keçirilməsinin mümkün olduğunu bildirib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Sputnik Armenia" məlumat yayıb. 

Mirzoyan görüşün təşkili məsələsinin martın 20-də Moskvada Sergey Lavrovla danışıqlarında müzakirə olunduğunu qeyd edib. 

Xatırladaq ki, dekabrın 23-də Ermənistan tərəfi Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması səbəbindən üçtərəfli görüşünü təxirə salmışdı.