"Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Bu barədə “Freedom” radiostansiyası məlumat yayıb.

Dünən Konqres Senatının Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Blinken, "Məncə, bir fürsət var, şişirtmək istəmirəm, ancaq sülh razılaşmasını həqiqətən yekunlaşdırmağa imkan verən bir fürsət var" deyə bildirib. 

“Mən Münhen Təhlükəsizlik Konfransı zamanı Paşinyan və Əliyevlə görüşdüm. Xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işləyirik”, - Blinken bildirib.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məsələsi ilə fəal məşğul olur, tərəflərin “Bakı ilə İrəvan arasında münasibətləri normallaşdıran sülh sazişi”nin əldə olunmasına töhfə verir və “hüquqlar və müdafiə” ilə də məşğul olacaq".

“Biz bunu Ermənistana məcbur etmirik. Biz Ermənistanın 30 ildən artıqdır davam edən münaqişəni heç olmasa, əsaslı şəkildə dayandıracaq razılaşma əldə etməyə kömək edə biləcəyimizi görmək istəyən böyük istəyinə cavab veririk”, - Blinken bildirib.

"İndi Azərbaycanın, eləcə də Ermənistanın maraqlarına dərindən xidmət edəcək əlverişli məqamdır”, - Blinken əlavə edib.