Bakıda 16 yaşlı qız itkin düşüb.

"Unikal" xəbər verir ki, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 7-ci dairəvi küçə ünvanında kirayə yaşayan , 2007-ci il təvəllüdlü Bayrışova Xatirə Adəm qızının evdən çıxaraq geri qayıtmayıb.

Məlumata görə, Xatirə Bayrışova əslən Yardımlı rayonundandır, Bakıda qardaşı ilə birlikdə kirayə yaşayır.

Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.