Ermənistanın baş naziri Nikol Paşinyan Bakının təqdim etdiyi tarixi xəritələr əsasında Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan tərəfinin bu tələbi Praqa və Soçidə əldə olunmuş yazılı razılaşmalara ziddir.

Praqa və Soçidə sovet respublikalarının sərhədlərinin dövlət sərhədlərinə çevrildiyini bildirən bəyanatlardan sonra Azərbaycan bəzi tarixi xəritələrə əsaslanaraq delimitasiyadan danışmağa davam edir ki, bu da sadə səbəbdən tamamilə qəbuledilməzdir ki, bu, əldə olunmuş yazılı razılaşmalara ziddir”, - Ermənistanın baş naziri bildirib .