Finlandiya prezidenti Sauli Niiniste hökumətin iclasında NATO-ya üzv olmaq haqqında qanunları imzalayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sənədlərin prezident tərəfindən imzalanmasından sonra Finlandiyanın Alyansa üzvlüyünün rəsmi səviyyədə tanınması başa çatıb.

Türkiyə və Macarıstandan başqa, digər NATO ölkələri də Finlandiyanın üzvlüyünü ratifikasiya edib.

Türkiyənin Xarici Əlaqələr Komitəsi Finlandiyanın NATO-ya üzvlüyü məsələsini cümə axşamı, martın 23-də müzakirə etməlidir. Finlandiyanın NATO-ya üzvlük məsələsinə Türkiyə parlamenti tərəfindən baxılması martın 24-ü və ya 25-də baş tuta bilər.

Macarıstan parlamentinin Finlandiyanın ərizəsinə martın 27-də baxacağı gözlənilir.

Ağarza Elçinoğlu