Slovakiya MiQ-29 qırıcılarının ilk partiyasını Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nagy "Facebook"da bildirib. 

"İlk dörd MiQ-29 qırıcısı təhlükəsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib və artıq Slovakiya Respublikası ərazisini tərk edib", - deyə o, Bratislavanın Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.

Nazirin sözlərinə görə, qalan təyyarələr (təxminən 9 təyyarə) yaxın həftələrdə Ukraynaya təhvil veriləcək.

Ağarza Elçinoğlu