İsmayıllı rayon sakini özünə qəsd edib. 

"Unikal"ın məlumatına görə, rayonun Əhən kənd sakini, 1963-cü il təvəllüdlü Nağıyeva Zabitə Behbud qızı bu gün yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. 

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. 
Qadının özünə qəsd etməsinin səbəbi hələliok dəqiq məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov