Ukrayna martın 22-dən etibarən rus ordusunun Xerson vilayətinin Novaya Kaxovka şəhərində yerləşən bütün bölmələrinin şəhəri tərk etməsi ilə bağlı məlumatını təkzib edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı açıqlayıb. 

"İşğalçılar hələ də müvəqqəti olaraq Nova Kaxovkadadırlar. Düşmənin bu yaşayış məntəqəsindən ehtimal olunan geri çəkilməsi barədə məlumat mövcud məlumatlardan düzgün istifadə olunmadığı üçün açıqlanıb. Bununla belə, biz Nova Kaxovkanı da mütləq azad edəcəyik", - Baş Qərargahdan bildirilib.

***21:45

Rus ordusunun bütün bölmələri Xerson vilayətində Dnepr çayının sol sahilində yerləşən Novaya Kaxovka yaşayış məntəqəsindən çıxdı.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb. 

"22 mart 2023-cü il tarixindən etibarən işğalçı ordusunun Xerson vilayətinin Nova Kaxovka qəsəbəsində yerləşən bütün bölmələri şəhəri tərk edib", - məlumatda deyilir.

Ağarza Elçinoğlu