Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə "Unikal"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 47 nəfər isə sağalıb. Son sutka ərzində koronavirusdan ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 303 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 919 nəfər müalicə olunaraq sağalıb, hazırda 209 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 440, bu günə qədər isə ümumilikdə 7 551 235 test icra olunub.