Türkiyə müdafiə sənayesinin ən mühüm layihələrindən olan Altay tankının Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyi vaxt açıqlanıb.

"Unikal" xəbər verir ki, BMC-nin baş direktoru Murat Yalçıntaşın sözlərinə görə, ilk Altay tankı 23 aprel 2023-cü ildə təhvil veriləcək. 

Məlumata görə, dost və müttəfiq ölkələrə aid dövlət qurumları təsdiq edərsə, tankların tədarükü də baş tutacaq. 

Ağarza Elçinoğlu