Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılan “Toyota” markalı avtomobildə sərnişin olan Mirkamil Səmidovun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.

"Unikal" xəbər verir ki, M.Səmidov saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə təhvil verilib. 

Araşdırmalarla onun fevralın 20-də rayon ərazisindəki evlərin birindən 100 manat, 10750 ABŞ dolları və 12050 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.