İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Zəlzələ zamanı ölən olmayıb.

xxx

11:03

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.

H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.

O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.