"İran atom bombası yaratmağa cəhd edərsə, Pentaqonun bir neçə hərbi variantı var".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ generalı Mark Milley açıqlama verib. 

Amerika ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri deyir ki, Pentaqon İranın nüvə bombası əldə etmək istədiyi vaxt üçün bir neçə hərbi variant hazırlayıb.
 
“Biz ABŞ hərbçiləri olaraq İranın real nüvə silahı yaratmağa qərar verəcəyi və ya nüvə silahı istehsal etməyə başlayacağı təqdirdə ABŞ prezidenti Co Baydenin seçim və tətbiq etməsi üçün bir neçə variant hazırlamışıq".

O, daha sonra bildirib ki, İran iki həftədən az müddətdə nüvə silahı üçün parçalana bilən material istehsal edə bilər və həqiqi nüvə silahı yaratmaq üçün cəmi bir neçə ay lazımdır, lakin Amerika öz  siyasətinə sadiq olara İranın nüvə silahına yiyələnməsinə mane olmağa öhdəlik götürüb.