Gəncədə yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Sözügedən qəsəbədə yem və kənd təsərrufatı məhsuların satışı mağazasında yanğın baş verib. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Tural Əhmədov